Sahibkarlar Beynəlxalq Virtual Tekstil Sərgisində iştiraka dəvət olunurlar

2021.01.25 14:42 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.

KOBİA-dan bildirilib ki, fevralın 1-5-də Pakistan Ticarətin İnkişafı Qurumu (TDAP) tərəfindən "1-ci Beynəlxalq Virtual Tekstil Sərgisi" keçiriləcək. Sərgidə tekstil sektorunun iştirakçıları, idxalçılar və ixracatçılar iştirak edəcək. Sərgidə iştirak etməkdə maraqlı olan Azərbaycan sahibkarları aşağıdakı əlaqə vasitələrindən istifadə edərək ətraflı məlumat əldə edə, tədbirdə iştirak üçün qeydiyyatdan keçə bilərlər.

Telefon: +922199207212, +922199206809.
E-mail: zameer.soomro@tdap.gov.pk
Veb-sayt: www.virtualtexpo.tdap.gov.pk