Dövlət Gömrük Komitəsinə (DGK) daxil olmuş müraciətlərin təhlilinin nəticəsi olaraq indiyədək 668 xarici ticarət iştirakçısına “Yaşıl dəhliz”dən daimi istifadə hüququ verilib.
Bu barədə DGK sədri Səfər Mehdiyev deyib.
O bildirib ki, 236 xarici ticarət iştirakçısına ixrac, 432 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə 668 xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.