Daha 57 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb, 4-nün isə qeydiyyatı alınmasından imtina edilib

2021.01.25 13:41 (UTC+04:00)

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yanvarın 22-də qida məhsulları sahəsində fəaliyyət göstərən 57 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, 4 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlara görə onların qeydiyyata alınmasından imtina edilib.