Neft Fondu bu vaxtadək dövlət büdcəsinə 112,1 milyard manat köçürüb

2021.01.25 13:11 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) indiyədək dövlət büdcəsinə 112 milyard 140,3 milyon manat köçürüb.

ARDNF-dən bildirilib ki, ötən il isə fond 12 milyard 200 milyon manat vəsaiti dövlət büdcəsinə transfert edib.

Neft Fondunun indiyədək Azərbaycan Respubikasının Mərkəzi Bankına transfertləri 3 milyard 949,5 milyon manat olub.