Ötən il hər nəfərə düşən gəlirlər 5587,6 manat olub

2021.01.25 11:21 (UTC+04:00)

2020-ci ildə ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 1,8 faiz azalaraq 55 milyard 726,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əhalinin hər nəfərinə düşən gəlirlər 5587,6 manat və ya ayda orta hesabla 465,6 manat olub. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 50 milyard 689,6 milyon manatlıq vəsait qalıb.