Agentlik ölkəyə sərmayə axınının güclənməsinə və ixracın genişlənməsinə yeni təkan verəcək

2021.01.26 10:08 (UTC+04:00)

“İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin yaranması ölkədəki mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək üçün əhəmiyyət kəsb edir. Sənaye parkları, sənaye məhəllələri və aqroparkların işinin səmərəli və yeni tənzimləyici və idarəetmə çərçivəsində təşkili ölkəyə sərmayə axını, ixracın genişlənməsi və iş yerlərinin yaradılması prosesinə əlavə təkan verəcəkdir”.

Fəxriyyə İKRAMQIZI