Dövlət Neft Fondunun aktivlərinin 63,8 faizi istiqrazlar və pul bazarı alətləridir

2021.01.23 12:07 (UTC+04:00)

Yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 63,8 faizi istiqrazlar və pul bazarı alətləri, 15,9 faizi səhmlər, 6,1 faizi daşınmaz əmlak və 14,2 faizi (101,8 ton) isə qızıl təşkil edib.

Bu barədə Neft Fondunun ötən il üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında deyilir.