Mikayıl Cabbarov: “Dostluq” yatağı Azərbaycan və Türkmənistanın qardaşlıq münasibətlərinin rəmzi ifadəsidir

2021.01.22 18:15 (UTC+04:00)

Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağının karbohidrogen resurslarının birgə işlənməsinə dair imzalanmış anlaşma memorandumu iqtisadi əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, “Dostluq” yatağı ölkələrimiz arasında olan qardaşlıq münasibətlərinin rəmzi ifadəsidir.