Ötən il toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 417,1 milyon manat dəyərində məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki illə müqayisədə geyim istehsalında 32,7 faiz, toxuculuq sənayesində 7,4 faiz, dəri və dəridən məmulatlar, ayaqqabıların istehsalında isə 4,7 faiz artım müşahidə edilib.