TRACECA-nın Azərbaycan hissəsində 32,7 milyon ton yük daşınıb

2021.01.22 16:21 (UTC+04:00)

Ötən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 35,5 milyon ton, yük dövriyyəsi isə 8 milyard 456,6 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 19 milyon 318,3 min tonu və ya 54,3 faizi avtomobil nəqliyyatı, 11 milyon 665 min tonu və ya 32,8 faizi dəmir yolu nəqliyyatı, 4 milyon 566,4 min tonu və ya 12,9 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 21,2 faizini və ya 7 milyon 535 min tonunu tranzit yüklər təşkil edib.