Sənayedə qeyri-dövlət sektorunun payı 78,3 faiz olub

2021.01.22 15:25 (UTC+04:00)

Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi istehsalın 86,1 faizi sənaye məhsullarının istehsalı, 13,9 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Keçən il 2019-cu illə müqayisədə aralıq istehlak məhsullarının istehsalı 40,7 faiz artıb, uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı 25 faiz, istehsal vasitələrinin istehsalı 15,5 faiz, enerji məhsullarının istehsalı isə 6,1 faiz, qısamüddətli istifadədə olan malların istehsalı 3,1 faiz azalıb.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında yanvarın 1-nə 602,4 milyon manatlıq hazır məhsul olub. Ehtiyatların 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 57,1 faizi Bakı, 7,3 faizi Sumqayıt, 6,1 faizi Gəncə, 6 faizi Şirvan şəhərlərinin, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 106 milyon manat məbləğində digər məhsullar da mövcud olub.