Əsas kapitala yönəldilmiş vəsaitin 71,1 faizi sənaye və tikinti sahələrinə xərclənib

2021.01.22 15:11 (UTC+04:00)

Ötən il əsas kapitala yönəldilmiş ümumi vəsaitin 52,2 faizi sənaye, 18,9 faizi tikinti, 12 faizi isə nəqliyyat və anbar təsərrüfatı sahələrinə sərf olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, il ərzində vəsaitlərin 5,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,7 faizi peşə, elmi və texniki fəaliyyət, 2,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi təhsil, 1,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 1,1 faizi informasiya və rabitə, 0,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,6 faizi maliyyə və sığorta fəaliyyəti, 0,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,2 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və 0,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə xərclənib.