2020-ci ildə emal sənayesində 12 milyard 38,3 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki illə müqayisədə tütün məmulatlarının istehsalında 7,9 faiz, içki istehsalında 13,7 faiz, qida məhsullarının istehsalında isə 2,1 faiz azalma müşahidə olunub. Bu sahələrin əsas məhsullarından kolbasa məmulatları 36,5 faiz, marqarin istehsalı 5,6 faiz, kərə yağı istehsalı 1,2 faiz, duru bitki yağları 0,5 faiz artıb, cem və marmelad istehsalı 13,6 faiz, qənd və şəkər tozunun istehsalı isə 9 faiz azalıb.