Xarici müəssisələr əsas kapitala 5,1 milyard manat yönəldib

2021.01.22 12:40 (UTC+04:00)

Keçən il xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 5 milyard 117 milyon manat yönəldilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, il ərzində xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 4 milyard 364,1 milyon manatı (85,2 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Malayziya, Norveç, Rusiya və İran sərmayədarlarına məxsus olub.