Ötən il “ƏDVGeriAl” layihəsi çərçivəsində vətəndaşlara 33,4 milyon manat vəsait qaytarılıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, "İlin innovasiya layihəsi nominasiyası"nın qalibi seçilmiş “ƏDVGeriAl” vətəndaşlar və biznes ictimaiyyəti tərəfindən 2020-ci ilin ən uğurlu layihələrindən biri kimi qiymətləndirilir.