“Azeri Light” neftinin bir bareli 56,55 dollara satılır

2021.01.22 11:15 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,29 dollar ucuzlaşaraq 56,55 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.