2020-ci ildə Azərbaycanda 24,4 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

2021.01.21 17:30 (UTC+04:00)

Keçən il Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 24 milyard 471,2 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 10 milyard 730,7 milyon dolları idxalın, 13 milyard 740,5 milyon dolları isə ixracın payına düşüb.