Kərə yağı istehsalı artıb

2021.01.21 17:22 (UTC+04:00)

Ötən il 2019-cu illə müqayisədə ölkədə tütün məmulatlarının istehsalında 7,9 faiz, içki istehsalında 13,7 faiz, qida məhsullarının istehsalında isə 2,1 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu sahələrin əsas məhsullarından kolbasa məmulatları 36,5 faiz, marqarin istehsalı 5,6 faiz, kərə yağı istehsalı 1,2 faiz, duru bitki yağları 0,5 faiz artıb.

Cem və marmelad istehsalı 13,6 faiz, qənd və şəkər tozunun istehsalı isə 9 faiz azalıb.