Əsas kapitala yönəldilmiş vəsaitlərin 64,3 faizi tikinti-quraşdırma işlərinə xərclənib

2021.01.21 13:17 (UTC+04:00)

Ötən il əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 911,1 milyon manatını və ya 69,9 faizini daxili vəsaitlər təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sərmayə qoyuluşunun 10 milyard 954,1 milyon manatı və ya 64,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,4 faiz, büdcə vəsaitləri 27,6 faiz, bank kreditləri 6,2 faiz, əhalinin şəxsi vəsaitləri 5,7 faiz, sair vəsaitlər 8,6 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,5 faiz təşkil edib.