Keçən il nəqliyyat vasitələri ilə 188,6 milyon ton yük daşınıb

2021.01.21 12:41 (UTC+04:00)

Ötən il nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən daşınan yüklərin həcmi 188,6 milyon ton olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 59,1 faizi avtomobil, 7,8 faizi dəmir yolu, 3,2 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı, 29,7 faizi isə boru kəməri ilə daşınıb.