Ötən il əsas kapitala 17 milyard manat yönəldilib

2021.01.21 12:33 (UTC+04:00)

2020-ci ildə əsas kapitala 17 milyard 28,1 milyon manat məbləğində, yaxud 2019-cu illə müqayisədə 8,3 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,3 faiz artıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,3 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 11 milyard 175,8 milyon manatı və ya 65,6 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 485 milyon manatı (26,4 faizi) xidmət sahələrinə, 1 milayrd 367,3 milyon manatı (8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.