Mərkəzi Bankın məlumatına görə, 2020-ci il dekabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği noyabr ayı ərzində 37,9 milyon manat artaraq 7 milyard 908,24 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 52,7 faizi xarici, 47,3 faizi isə milli valyutada qoyulub.
Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (2020-ci il üzrə 1,70) manata, 1 avroya 2,07 (1,94) manata, 100 türk lirəsinə 22,01 (24,46) manata, 100 rus rubluna 2,30 (2,36) manata bərabər olub.