Azərbaycan neftinin qiyməti 57 dollara çatır

2021.01.21 11:24 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşır.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,45 dollar artaraq 56,84 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.