Qlobal neft tələbatı bu il sutkada 96,6 milyon barelə çatacaq

2021.01.19 14:22 (UTC+04:00)

Cari ildə qlobal neft tələbatı əvvəlki ilə görə 5,5 milyon barel (6 faiz) artaraq gündəlik 96 milyon 600 min barelə çatacaq.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

IEA-ya görə, bu il sutkalıq tələbatın 35 milyon 900 min bareli Asiya-Sakit Okean bölgəsində, 30 milyon bareli Amerika qitəsində, 14 milyon bareli isə Avropada formalaşacaq.