2020-ci ildə Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 7,4 milyard manatadək vəsait daxil olub

2021.01.18 17:58 (UTC+04:00)

Keçən il Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 7,4 milyard manata yaxın vəsait daxil olub.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Dövlət büdcəsinə ödənilən vəsait ölkəmizin qüdrəti və vətəndaşlarımızın sosial rifahıdır. Vergiləri vaxtında və tam ödəyən hər vergiödəyicisinin dövlətin tərəqqisində payı var. Ötən il Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 7,4 milyard manata yaxın vəsait daxil olub”, - deyə nazir bildirib.