Tədris Mərkəzinin mütəxəssislərinin məqaləsi beynəlxalq nəşrdə dərc olunub

2021.01.18 17:53 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşları Mirəli Kazımov, Nazim Əliyev və Şahzadə Mədətovanın birgə hazırladıqları “Dövlət - iqtisadi subyektin kölgə iqtisadiyyatı və vergi sahəsində qarşılıqlı əlaqəsinin fazzi tənzimlənməsi modeli” (“Fuzzy Regulation Model of the Interaction Between the State and Economic Subject Within the Shadow Economy and Tax Field”) adlı məqalə “Springer” beynəlxalq nəşriyyatı tərəfindən çap olunub. Məqalədə idarəedici faktor rolunda çıxış edən iqtisadi fəaliyyətin rentabelliyi, kölgədə qalma xərci, vergi və gəlirin ümumi faydalılığa töfhəsi fazzi yanaşma ilə qiymətləndirilib.

Beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında dərc edilmiş məqalə ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq olar:
https://link.springer.com/chapter/10.1007/978-3-030-64058-3_27#citeas;

https://link.springer.com/chapter/10.1007/978-3-030-64058-3_27