2020-ci ildə dəniz nəqliyyatı ilə ümumilikdə 912,3 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 595,6 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən il dəniz nəqliyyatı ilə ixrac olunan 261 min ton yükün dəyəri 91,2 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 651,2 min tondan çox, dəyəri isə 504,3 milyon dollar təşkil edib.