Azərbaycan ötən il ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, keçən il ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Rusiya qərarlaşıb. İtaliyaya ixracın dəyəri 4 milyard 172,2 milyon ABŞ dolları, Türkiyəyə 2 milyard 597,7 milyon dollar, Rusiyaya isə 709,3 milyon dollar olub.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında da ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 4 milyard 568,4 milyon dollar, Türkiyə ilə 4 milyard 160,8 milyon dollar, Rusiya ilə 2 milyard 671,5 milyon dollar təşkil edib.