Azərbaycan təbii qazının ixracı 16 faiz artıb

2021.01.18 15:32 (UTC+04:00)

Ötən il ərzində ölkəmizdə ümumilikdə 12 milyard kubmetr təbii qaz istehlak olunub.

SOCAR-dan bildirilib ki, Azərbaycan təbii qazının ixracı isə 16 faiz artaraq 13,4 milyard kubmetrə çatıb. 2020-ci ildə Azərbaycandan təbii qaz Türkiyə və Gürcüstan bazarlarına ixrac edilib, ilin son günündə isə ilk dəfə Avropa bazarına ixrac olunmağa başlayıb.