Keçən il Azərbaycanda ən çox idxal əməliyyatları sentyabr ayında aparılıb.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, 2020-ci ildə idxal əməliyyatlarının ən yüksək göstəricisi sentyabrda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, sentyabrda idxal əməliyyatlarının dəyəri 1 milyard 132,5 milyon ABŞ dolları, yanvarda 721 milyon dollar təşkil edib.
Qeyd edək ki, ötən il ölkədə idxal əməliyyatlarının dəyəri 10 milyard 730,7 milyon dollar olub.