Ötən il dəmir yolu nəqliyyatı ilə 7 milyon 123,7 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 592,9 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 2 milyon 319,1 min ton yükün dəyəri 488,6 milyon dollar təşkil edib.
İl ərzində bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 4 milyon 804,6 min ton, dəyəri isə 2 milyard 104,3 milyon dollar olub.