Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

2021.01.18 12:35 (UTC+04:00)

Keçən il Azərbaycandan MDB ölkələrinə 1 milyard 306 milyon 95 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici 2019-cu ilə nisbətən 127 milyon 658 min dollar çoxdur.

Ötən il Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 801 milyon 712 min dollar olub.