ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden ölkədə mövcud olan iqtisadi durğunluğun qarşısını almaq və koronavirus epidemiyası dövründə iqtisadiyyatı canlandırmaq üçün “Amerikanı xilasetmə proqramı” adlandırılan yeni yardım paketini açıqlayıb. Paketin icrası üçün 1,9 trilyon dollar vəsait ayrılacağı bildirilib.
Yardım paketi koronavirusla mübarizəyə və peyvəndlərə 415 milyon dollar, ailələrə birbaşa yardımlara 1 trilyon dollar, kiçik biznesə və epidemiyadan ən çox zərər çəkən qruplara veriləcək dəstəyə 440 milyard dollar vəsait yönəldilməsini nəzərdə tutur.
Bundan əlavə, adambaşına veriləcək birbaşa çeklərin məbləğinin 1400 dollar olacağı, əlavə işsizlik sığortasının məbləğinin isə 300 dollardan 400 dollara qaldırılacağı bildirilib.
Co Bayden vəzifəyə başladığı ilk 100 gün ərzində 100 milyon amerikalıya koronavirusa qarşı peyvənd vurulacağını, bunun üçün ayrıca plan hazırlandığını da qeyd edib.