GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması üçün danışıqlar son mərhələdədir

2021.01.18 10:07 (UTC+04:00)

GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması üçün bu dövlətlərin müvafiq qurumları arasında danışıqlar davam etdirilir.

Bu barədə GUAM-ın Milli Əlaqələndiricilər Şurasından məlumat verilib.

Məlumata görə, hazırda quruma üzv ölkələrin mallarının mənşəyi üzrə protokolların hazırlanması istiqamətində işlər başa çatmaq üzrədir və son mərhələdədir. 2021-ci ildə bu protokollar üzrə razılığın əldə ediləcəyi və azad ticarət zonasının yaradılması gözlənilir.

Qeyd edək ki, 2017-ci il 27 mart tarixində Kiyevdə keçirilmiş GUAM-ın Hökumət Başçılarının növbəti görüşü çərçivəsində GUAM-ın iştirakçı dövlətləri arasında azad ticarət zonasının yaradılması haqqında 2002-ci il 20 iyul tarixli Sazişin Razılığa gələn Tərəflərinin fəaliyyətini əlaqələndirən İşçi Orqanın yaradılması və fəaliyyəti Qaydasının təsdiqlənməsi haqqında Protokol imzalanıb.