Keçən il Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarus olub. Rusiyaya ixrac olunan məhsulların dəyəri 709,3 milyon ABŞ dolları, Ukraynaya 353 milyon dollar, Belarusa isə 164,9 milyon dollar olub.