Azərbaycanın keçən il ixrac etdiyi təbii qazın dəyəri 2,2 milyard dollar olub

2021.01.15 18:16 (UTC+04:00)

Keçən il ölkədən 12 milyard 424,4 milyon kubmetr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 2 milyard 190,5 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycandan 12 milyard 537,4 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri 2 milyard 366,8 milyon dollar olmuşdu.