Azərbaycanda təbii qaz istehsalı artıb

2021.01.15 15:32 (UTC+04:00)

Azərbaycanda təbii qaz hasilatı 6,3 faiz artıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ildə 37,1 milyard manatlıq və ya 2019-cu illə müqayisədə 5 faiz az sənaye məhsulu istehsal edilib. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,9 faiz azalması hesabına baş verib.
Sənaye məhsulunun 61,3 faizi mədənçıxarma sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft istehsalı 8 faiz azalıb, əmtəəlik təbii qaz hasilatı isə 6,3 faiz artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,4 faiz azalıb.