Dekabrda qlobal neft tədarükü sutkada 92,9 milyon barreli ötüb

2021.01.14 17:22 (UTC+04:00)

Dekabr ayında qlobal neft təklifi noyabr ayı ilə müqayisədə 580 min barrel artaraq gündəlik 92 milyon 930 min barrel olub.
Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.
Bildirilir ki, ötən ay qeyri-OPEC ölkələrinin neft istehsalı isə 300 min barrel çoxalaraq sutkada 67 milyon 570 min barrel təşkil edib.