“Azexport.az” portalına ötən il 610,7 milyon dollarlıq ixrac sifarişləri daxil olub

2021.01.14 12:47 (UTC+04:00)

2020-ci il üzrə “www.azexport.az” internet portalına 142 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 610,7 milyon ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, ötən il ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə fiziki və hüquqi şəxslər tərəfindən 1069 dəfə müraciət olunub və nəticədə 1298 sertifikat verilib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən 2017–ci ilin iyun ayından 2020–ci ilin dekabrına kimi isə ümumiyyətlə 473,3 milyon dollar məbləğində müxtəlif adda tikinti-sənaye, kənd təsərrüfatı məhsulları və sair məhsullar ixrac olunub ki, bunun da 182,8 milyon dolları keçən ilin payına düşür.