“Goldman Sachs”: Neft tələbatı arta bilər

2021.01.14 11:36 (UTC+04:00)

Qlobal neft tələbatı arta bilər.
Bu proqnozla ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” çıxış edib.
“Goldman Sachs”a görə, havanın temperaturunun kəskin azalması enerji istehlakını artırır. Soyuq havalar neft tələbatının əlavə 1 milyon barrel artmasına səbəb olacaq.