Azərbaycan neftinin bir barreli 56,57 dollara satılır

2021.01.14 10:58 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar ucuzlaşaraq 56,57 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.