İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 31,4 min ipoteka krediti verilib

2021.01.13 12:17 (UTC+04:00)

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan bildiriblər ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə bu günədək 31 min 472 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 640,7 milyon manat təşkil edir.