Qlobal təbii qaz hasilatı ötən il 3,9 trilyon kubmetr olub

2021.01.13 11:45 (UTC+04:00)

Qlobal təbii qaz hasilatı keçən il 3,6 azalıb. Çünki aşağı neft-qaz qiymətləri kəşfiyyat və hasilatın azaldılmasına gətirib çıxarıb, nəticədə il ərzində qaz istehsalı 3 trilyon 918 milyard kubmetrə enib.
Bu barədə mərkəzi ofisi Osloda yerləşən “Rystad Energy” şirkəti məlumat yayıb. Bildirilir ki, pandemiyanın qaz hasilatına ən çox təsir etdiyi bölgə olan Şimali Amerikada istehsal ötən il 2019-cu illə müqayisədə 47 milyard kubmetr azalaraq 1 trilyon 103 milyard kubmetrə düşüb.
“Rystad Energy”nin proqnozuna görə, qlobal təbii qaz istehsalı 2040-cı ildə 24 faiz artaraq 4 trilyon 857 milyard kubmetrə çatacaq və ən çox artım Şimali Amerikada gözlənilir.
Qlobal qaz tələbatı isə 2040-cı ilə qədər 26 faiz artaraq 4 trilyon 867 milyard kubmetrə yüksələcək və Asiya tələbat artımında ən böyük rolu oynayacaq.