Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2021.01.12 17:30 (UTC+04:00)

Yanvarın 12-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104001877 ISIN-li, 20 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 90.9300 AZN (10.0296 faiz) və 94.5562 AZN (5.7889 faiz) olan 27 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 94.3866 AZN (5.98 faiz), orta ölçülmüş qiyməti 94.4259 AZN (5.9356 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 98 milyon 41 min 500 manat, yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edib. İstiqrazlar 2022-ci il yanvarın 11-də ödəniləcək. Hərrac iştirakçıları yanvarın 13-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.