Azərbaycanla İran arasındakı iqtisadi müştərək komissiyanın növbəti iclası Tehranda keçiriləcək

2021.01.12 17:01 (UTC+04:00)

Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası komissiyanın 14-cü iclası yanvarın 29-30-da Tehranda keçiriləcək.
Bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İRNA agentliyinə verdiyi müsahibəsində deyib. O bildirib ki, Azərbaycan İranın 4 böyük vilayəti ilə həmsərhəddir. Bu sənaye, ticarət və kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün imkan yaradıb ki, bundan da səmərəli istifadə etmək lazımdır.
Səfir deyib ki, İran ilə Azərbaycanın birgə ticarət palatasının yaradılması da gündəlikdə duran məsələlərdən biridir.