Ötən ilin yanvar-noyabr aylarında Bakı şəhərində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,8 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,5 faizini əsaslı təmir, 5,6 faizini cari təmir, 22,1 faizini isə sair tikinti işləri təşkil edib.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ümumi inşaat işlərinin 87,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.