2020-ci ilin yanvar-noyabr aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrünə nisbətən 28,9 faiz azalaraq 3 milyard 608,9 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 456,8 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 68,1 faizini təşkil edib.