Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,66 dollar geriləyərək 55,33 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə 0,51 dollar ucuzlaşaraq 51,73 dollar olub.