Ölkə Prezidentinin "Dövlət xidmətlərinin göstərilməsi üzrə milli sistemin kompleks şəkildə inkişaf etdirilməsinə dair tədbirlər" barədə fərmanında göstərilir ki, Özbəkistanda vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) mərhələli şəkildə fiziki şəxslərin fərdi eyniləşdirmə nömrəsinə keçiləcək. Fiziki şəxsin fərdi eyniləşdirmə nömrəsi vətəndaşların pasportlarının alt hissəsində verilən 14 rəqəmdən ibarət olacaq.
Bu ilin noyabr ayına qədər daşınmaz əmlakın kadastr nömrələrinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə və fiziki şəxslərin fərdi eyniləşdirmə nömrəsinə bağlanması işləri başa çatdırılmalıdır. Dekabr ayında isə fiziki şəxslərin fərdi eyniləşdirmə nömrəsi barədə informasiyaların vergi ödəyicilərinə çatdırılmasını yerinə yetirən veb xidmət işə salınacaq. Bu ilin iyun ayına qədər Dövlət Vergi Komitəsinə fiziki şəxslərin fərdi eyniləşdirmə nömrəsi, seriyalar və nömrələr barədə bütün məlumatlar çatdırılmalıdır.