Gələn il və sonrakı 3 il üçün ölkənin yanacaq-enerji balansının layihəsi hazırlanacaq

2021.01.09 15:05 (UTC+04:00)

2022-ci il və sonrakı 3 il üçün ölkənin yanacaq-enerji balansının layihəsi hazırlanacaq.
Bu barədə Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Sərəncamda deyilir.
Bildirilir ki, Energetika, İqtisadiyyat və Maliyyə nazirlikləri 2022-ci il və sonrakı 3 il üçün ölkənin yanacaq-enerji balansının layihəsini hazırlayıb 5 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.